Krit adası yaxınlığında 43 miqrant xilas edilib

A- A A+

Yunanıstan xilasediciləri Krit adasının cənubunda yerləşən Heraklion şəhərinin sahilləri yaxınlığında 43 miqrantı çətin əməliyyat nəticəsində xilas ediblər.

NUHÇIXAN Omanın ONA xəbər agentliyinə istinadla bildirir ki, əməliyyat zamanı xilasedicilər ərazinin mürəkkəb relyefi və sahilboyu dik yamaclar səbəbindən ciddi çətinliklərlə üzləşiblər. Xüsusilə çətin relyefli ərazidə köməksiz vəziyyətdə qalmış və aralarında iki qadının da olduğu 10 miqrantın təxliyəsi bir neçə saat çəkib. Yunanıstan Sahil Mühafizəsinin əməkdaşları və Fövqəladə Hallara Müdaxilə üzrə Üçüncü Xüsusi Bölmənin qüvvələri əməliyyata cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: