Almaniyanın nazirləri dünən gecə Frankfurtda mağazalara zərər verən və 100-dən çox polis əməkdaşını yaralayan talançılar və iğtişaşçılara sərt cəza veriləcəyi ilə hədələyiblər.
NUHÇIXAN xəbər verir ki, şənbə günü on minlərlə insanın daha yaxşı təhsil və aşağı yaşayış xərcləri tələbi ilə Almaniyanın onlarla şəhərində mitinq keçirməsindən sonra Frankfurt əsas qarşıdurma nöqtəsinə çevrilib. “Reuters” agentliyinin məlumatına görə, etiraz aksiyası “Gen Z regelt” (“Z” nəsli hakimiyyəti öz əlinə alır) fəal qrupu tərəfindən təşkil edilib.
Hessen torpağının daxili işlər naziri Roman Posek bazar günü keçirilən mətbuat konfransında bildirib ki, Frankfurt şəhərinin maliyyə mərkəzində iğtişaşçılar 17 mağazaya zərər vurublar ki, bunlardan beşi talan edilib.
O, 1300 polis əməkdaşının səfərbər olunduğunu, onlardan 100-dən çoxunun toqquşmalarda yaralandığını bildirib. Polis 13 ilə 29 yaş arasında 54 nəfəri saxlayıb.
