Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

A- A A+

Çinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndələri sülh danışıqlarını təşviq etmək və gərginliyi azaltmaq məqsədilə regiona səfər edəcəklər.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin media brifinqində məlumat verib.

Çin hökumətinin Yaxın Şərq məsələləri üzrə xüsusi elçisi Cay Cun noyabrın əvvəllərindən ortalarına qədər İran, Oman və Səudiyyə Ərəbistanına səfər edəcək.

Afrika işləri üzrə xüsusi nümayəndə Liu Sianfa isə Efiopiya, Cibuti və Misirdə səfərdə olacaq.

Mao Nin qeyd edib ki, xüsusi nümayəndələr Yaxın Şərqdə sülh və təhlükəsizliyin təşviqi ilə bağlı bir sıra təşəbbüs və təklifləri, eləcə də Sədr Si Cinpinin irəli sürdüyü Afrikadakı qaynar nöqtələrin həllində bütün tərəflərin konstruktiv iştirakını nəzərdə tutan 4 prinsipi həyata keçirməyə çalışacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: