Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

A- A A+

Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra “Atırau–Samara” magistral neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.

NUHÇIXAN Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hücum noyabrın 2-nə keçən gecə baş verib. Bununla əlaqədar neftin nəqli dayandırılıb. Hazırda müvafiq xidmətlər infrastrukturun texniki vəziyyətini qiymətləndirirlər.

“Neftin bu istiqamət üzrə qəbulunun yaxın vaxtlarda bərpası gözlənilir”, – deyə nazirliyin məlumatında bildirilir.

Nazirlik vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumat veriləcəyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: