Tokio ABŞ-dən Yaponiya ərazisindəki hərbi qulluqçuları arasında nizam-intizamın ciddi şəkildə təmin olunmasını tələb edib.
NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, buna səbəb amerikalı dəniz piyadasının iştirak etdiyi qətl hadisəsindən sonra tətbiq edilən komendant saatı zamanı Okinava prefekturasında başqa bir ABŞ dəniz piyadasının sərxoş halda avtomobil idarə etməsinə görə həbs olunmasıdır.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara mətbuat konfransında bildirib ki, Tokio Vaşinqtonu çoxsaylı ABŞ hərbi bazalarının yerləşdiyi Okinavada baş vermiş növbəti hadisədən sonra qabaqlayıcı tədbirlər görməyə çağırıb.
