Fransada məhbusların sayı rekord həddə çatıb

A- A A+

Fransa həbsxanalarında saxlanılan məhbusların sayı rekord həddə çataraq 90 min 900 nəfər olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “France-Presse” agentliyi ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadla bildirib.

Məlumata görə, 2025-ci il oktyabrın 1-dən məhbusların sayı 7,2 faiz artıb. Həbsxanalardakı yerlərin ümumi sayı isə 63 min 452 təşkil edib. Müəssisələrin orta doluluq səviyyəsi 143,3 faizə, istintaq təcridxanalarında isə 178 faizə çatıb.

Ədliyyə Nazirliyi həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Bununla belə, 2018-ci ildə nəzərdə tutulan 15 min yeni yerin yalnız 8 mini istifadəyə verilib.

Qeyd edək ki, Fransada həbsxanaların həddindən artıq sıxlığı və saxlanma şəraiti ilə bağlı problemlər dəfələrlə tənqid edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: