ÜST: Efiopiyanın şimalında səhiyyə sistemi çökmək təhlükəsi ilə üzləşib

A- A A+

Efiopiyanın şimalında davam edən döyüşlər regionun səhiyyə sistemini çökmə həddinə çatdırıb.

NUHÇIXAN xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, Amhara və Tiqray bölgələrində xəstəxanaların tibb işçiləri, dərman və avadanlıq çatışmazlığı ilə üzləşdiyini, təhlükəsizlik vəziyyətinin humanitar yardımların çatdırılmasına mane olduğunu vurğulayıb.

ÜST rəhbəri mülki əhaliyə hücumlar, o cümlədən Amhara bölgəsində məcburi köçkünlərin düşərgəsinə endirilən hava zərbəsi nəticəsində uşaqların həlak olması barədə məlumatlardan narahatlığını ifadə edib.

Qebreyesusun sözlərinə görə, ÜST və BMT tərəfdaşları zərər çəkmiş ərazilərə əlavə tibbi ləvazimatların çatdırılması istiqamətində çalışırlar. O, mülki əhalinin qorunmasına, tibb işçilərinin və humanitar yardımların ehtiyacı olan insanlara maneəsiz çatmasına çağırıb.

Qeyd edək ki, Tiqray bölgəsində silahlı toqquşmalar sentyabrın sonlarında yenidən başlayıb. Regionda əvvəlki genişmiqyaslı münaqişə 2020-2022-ci illərdə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: