Bolqarıstanın Varna şəhərində güclü yağışlar nəticəsində binaları, yolları və yeraltı keçidləri su basıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar çərşənbə axşamı şəhərdə məktəblərdə dərslər dayandırılıb.
NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Regional İdarəsi məlumat yayıb. Bildirilib ki, güclü yağışlar nəticəsində şəhər infrastrukturuna ziyan dəyib.
Rəsmi məlumatlara görə, Varnada yağıntının miqdarı hər kvadratmetrə 76,5 litr təşkil edib. Yaxın günlərdə daha güclü yağışların yağacağı gözlənilir.
