Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlinin bərpa olunduğunu açıqlayıb

A- A A+

“Atırau-Samara” magistral kəməri ilə neftin nəqli müvəqqəti fasilədən sonra bərpa edilib və hazırda normal rejimdə həyata keçirilir.

NUHÇIXAN  Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, infrastrukturun texniki yoxlanışından sonra neftin nəqli yenidən başlanıb.

Xatırladaq ki, noyabrın 2-də səhər saatlarında Rusiyadakı Samara qovşağının obyektlərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən bu istiqamət üzrə neftin qəbulu müvəqqəti dayandırılıb.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyət qurumun nəzarəti altındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: