Çindən kosmosa daha 18 peyk göndərilib

A- A A+

Çin “Lijian-2 Y2” daşıyıcı raketi vasitəsilə 18 peyki uğurla kosmosa göndərib.

NUHÇIXAN  “Sinxua”ya istinadla xəbər verir ki, raket noyabrın 3-də yerli vaxtla saat 08:15-də ölkənin şimal-qərbində yerləşən Dunfen kommersiya kosmik innovasiya zonasından buraxılıb. Peyklər Çinin aşağı Yer orbitində fəaliyyət göstərən kommersiya peyk şəbəkəsinin tərkib hissəsidir.

“CAS Space” şirkətinin məlumatına görə, bu, “Lijian-2” raketinin ikinci uçuşu və genişmiqyaslı peyk internet şəbəkəsinin yaradılması üzrə ilk missiyasıdır.

Bildirilib ki, “Lijian” seriyasına aid raketlər indiyədək orbitə bir kosmik gəmi və 139 peyk yerləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: