Vişeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

A- A A+

Vişeqrad dördlüyünün (Çexiya, Macarıstan, Polşa, Slovakiya) dövlət başçılarının iki günlük sammiti çərşənbə günü Slovakiyanın Trençin şəhərində başlayacaq.

NUHÇIXAN  xəbər verir ki, görüşün əsas mövzularını Ukraynaya dəstək, Avropa İttifaqının genişlənməsi və enerji daşıyıcılarının əlçatanlığı təşkil edəcək. Dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də tədbirə dəvət olunub.

Çexiya prezidentinin dəftərxanasının məlumatına görə, Petr Pavel Avropa ölkələrinin Rusiya ilə danışıqlarda iştirakını prinsipial və əhəmiyyətli hesab edir. O, müharibənin başa çatması ilə bağlı müzakirələrin Avropanın təhlükəsizliyinin gələcək arxitekturası baxımından vacibliyini vurğulayır. Prezident, həmçinin Çexiyaya səfər edəcək Monteneqro prezidenti Yakov Milatoviçlə Aİ-nin genişlənməsi barədə danışıqları davam etdirməyi planlaşdırır. Energetika məsələsində isə Vişeqrad ölkələrinin sıx əməkdaşlığı mümkün hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: