Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb - FOTOLAR

A- A A+

Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsində aviazərbənin endirildiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Son məlumatlara görə, hadisə nəticəsində 31 nəfər həlak olub, daha beş nəfər yaralanıb, 50-yə yaxın insan isə itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Mixail Semikin məlumat verib.

“Son məlumatlara görə, 31 nəfər həlak olub, beş nəfər yaralanıb, 50-yə yaxın insan itkin düşüb”, – deyə o bildirib.

Semikinin sözlərinə görə, Rusiya ordusu ötən gün azı doqquz aviazərbə endirib. O qeyd edib ki, Kamışevaxada Rusiya ordusunun zərbəsi nəticəsində həlak olanların xatirəsinə noyabrın 3-dən 5-dək Zaporojye vilayətində üçgünlük matəm elan edilib.

“Bu, genişmiqyaslı müharibənin başlanmasından bəri vilayətimizdə insan tələfatının sayına görə ən böyük faciələrdən biridir”, – deyə Semikin vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: