“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

A- A A+

Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritsa” klubunu məğlub edib.

Plovdivdə keçirilən qarşılaşma təmsilçimizin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü noyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, “Turan” II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivini hər iki oyunda məğlub edib – 3:0, 3:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: