İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

A- A A+

Alimlər it və pişiklərin daha uzun və sağlam yaşamasına kömək edə biləcək yeni müalicə üsulları hazırlayırlar. Bu istiqamətdə gen terapiyası perspektivli yanaşmalardan biri hesab olunur.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “Nature” jurnalında məlumat verilib. Qeyd edilib ki, bir sıra biotexnologiya şirkətləri ev heyvanlarında yaşla əlaqəli xəstəliklərin müalicəsi, əzələ itkisi və ürək problemlərinin qarşısının alınması istiqamətində yeni tədqiqatlar aparır.

ABŞ-nin “Rejuvenate Bio” şirkəti itlərdə geniş yayılmış ürək xəstəliyinin müalicəsi üçün gen terapiyası hazırlayır. Şirkətin mütəxəssisləri bu texnologiyanın gələcəkdə metabolik xəstəliklərin müalicəsinə və itlərin ömrünün uzadılmasına da kömək edə biləcəyini düşünürlər.

“Genflow Biosciences” şirkəti isə itlərdə yaşla əlaqəli əzələ itkisini azaltmaq və onların uzunömürlülüyünü təmin etmək məqsədilə yeni terapiya üzərində çalışır.

Pişiklər üçün də yeni müalicə üsulları hazırlanır. Buxarestdə yerləşən “Cat Health Company” əzələ itkisi və böyrək xəstəliklərinə qarşı dərmanlar üzərində işləyir. Hazırda iki preparat klinik sınaq mərhələsindədir.

Bununla yanaşı, ev heyvanları üçün probiotik qidalar və yaşlanma ilə əlaqəli xəstəliklərə qarşı yeni preparatlar da araşdırılır.

Tədqiqatların əsas məqsədi it və pişiklərin yalnız ömrünü uzatmaq deyil, həm də qocalıq dövrünü daha sağlam keçirmələrinə nail olmaqdır. Müalicələrin nə dərəcədə effektiv olacağı isə gələcək sınaqların nəticələrindən asılıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: