Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır
Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır. Yeni yolun yüklərini çatdırılma müddətini 3 günədək azaldacağı gözlənilir.
NUHÇIXAN Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini Nurlıbek Nalıbayev iqtisadiyyatın real sektorunun inkişafına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti avtomobil yolunun tikintisinə rəsmi olaraq 2026-cı ilin avqustunda start verib.
Bundan əlavə, yükdaşımalarının artması səbəbindən yolun Kokşetau-Petropavlovsk hissəsinin genişləndirilməsi üçün hazırlıq işləri görülür. Tikinti işlərinə 2027-ci ilin birinci yarısında başlanması planlaşdırılır.
Ölkə, həmçinin avtomobil yollarının keyfiyyətini artırmaq və yol sektorunda islahatlar aparmaq məqsədilə tədbirlər hazırlayır.
