Qazaxıstan “Balxaş” və “Moyınkum” atom elektrik stansiyalarının tikintisini 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
NUHÇIXAN Qazaxıstan mediasına istinadla xəbər verir ki, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu barədə hökumətin brifinqində bildirib.
Onun sözlərinə görə, birinci AES olan “Balxaş” Rusiyanın “Rosatom” konsorsiumu ilə birgə tikiləcək. “Moyınkum” AES-in tikintisi üçün isə Çin Milli Atom Enerjisi Korporasiyası ilə danışıqlar aparılır. Sazişin şərtləri və layihənin icra müddətləri hazırda müzakirə olunur.
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Balxaş” AES-in tikintisinə 2027-ci ildə başlanması və “Moyınkum” AES layihəsinin həyata keçirilməsini sürətləndirmək üçün saziş bağlanmasını təklif etmişdi.
