Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüş Papuaşvilinin Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Görüşdə Orta Dəhlizin potensialından tam istifadə edilməsinin əhəmiyyəti xüsusi diqqət mərkəzində olub. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və Anakliya dərin dəniz limanı kimi strateji layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin müvafiq qanunvericilik bazasının formalaşdırılması məqsədilə iki ölkənin parlamentləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
