Avropa Komissiyası Gürcüstan da daxil olmaqla, Avropa İttifaqına üzvlüyə namizəd və potensial namizəd ölkələrlə bağlı 2026-cı il üzrə genişlənmə hesabatını təqdim edib.
NUHÇIXAN xəbər verir ki, sənəddə Gürcüstanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki fəaliyyəti, demokratik institutların inkişafı, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, məhkəmə sisteminin fəaliyyəti və dövlət idarəçiliyində islahatlar kimi məsələlər əhatə olunur.
Hesabatda, həmçinin ölkənin Avropa inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişlər, qarşıda duran vəzifələr və üzvlük prosesinin davam etdirilməsi üçün zəruri islahatlar qiymətləndirilir.
Avropa Komissiyasının illik genişlənmə hesabatı namizəd ölkələrin Avropa İttifaqına üzvlük meyarlarına uyğunluğunun və inteqrasiya prosesindəki vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm sənəd hesab olunur.
