Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

A- A A+

Ermənistan Gürcüstanla ənənəvi yaxşı münasibətlərini qoruyur, Azərbaycanla isə münasibətlərin inkişafı istiqamətində addımlar atır və ikitərəfli ticarəti genişləndirir.

NUHÇIXAN  xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən “Euronews” sammitində çıxışı zamanı söyləyib.

O, Cənubi Qafqazı ümumi maraqları, baxışları və strategiyaları olan vahid region kimi gördüklərini vurğulayıb.

Ermənistanın Baş naziri regional infrastruktur və nəqliyyat bağlantılarının inkişafında TRIPP layihəsinin əhəmiyyətinə də diqqət çəkib. Paşinyan hesab edir ki, TRIPP layihəsi, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan arasında xüsusilə logistika sahəsində əməkdaşlıq Cənubi Qafqazın qlobal təchizat zəncirində rolunu gücləndirə və yeni imkanlar yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: