Qazaxıstanın Ərzaq Korporasiyası Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə İsrail bazarına ərzaq buğdası tədarük etməyi təklif edib.
NUHÇIXAN Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ ticarət və iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-İsrail Hökumətlərarası Komissiyasının 10-cu iclasında müzakirə olunub.
"Prodkorporasiya" SC-nin İdarə Heyəti sədrinin müavini Samat Tenbayev vurğulayıb ki, ərzaq korporasiyası İsrail bazarının tələbatını nəzərə alaraq, 200-500 min ton ərzaq buğdasının və digər kənd təsərrüfatı məhsullarının tədarükünə dair uzunmüddətli müqavilələrin bağlanmasını nəzərdən keçirməyə hazırdır.
"Bununla belə, logistika ixracın daha da artırılmasının əsas məsələlərindən biri olaraq qalır. Qazaxıstan məhsullarının israilli tərəfdaşlara çatdırılmasının mümkün marşrutları kimi Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizini, həmçinin Baltik dənizi limanlarından istifadə etməklə alternativ istiqamətləri nəzərdən keçirmək təklif olunub", - Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib.
