Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

A- A A+

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ona qarşı mümkün impiçment təşəbbüsündən narahat olmadığını bildirib.

NUHÇIXAN xəbər verir ki, Tramp jurnalistlərin impiçment ehtimalı ilə bağlı sualını cavablandırarkən demokratların belə bir addım atmasının onların öz partiyaları üçün ciddi nəticələr doğuracağını deyib.

“Zərrə qədər də narahat deyiləm. Düşünürəm ki, demokratlar bunu etsələr, partiyasını məhv edərlər. Axı nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə?” – deyə ABŞ Prezidenti vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: