“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

A- A A+

“Hizbullah” təşkilatı Yəməndə husilərin tərəfində hərbi əməliyyatlara qatılması ilə bağlı iddiaları təkzib edib.

NUHÇIXAN  xarici mediaya istinadla xəbər verir ki, təşkilat teleqram kanalında bununla bağlı bəyanat yayıb.

“Hizbullah”, eyni zamanda, Yəmənin birliyini qorumaq və fikir ayrılıqlarını aradan qaldırmaq üçün müharibə edən tərəflər arasında dialoqun qurulmasına çağırıb.

Bildirək ki, bundan əvvəl Livanın Baş naziri Nəvaf Salam “Hizbullah”a xəbərdarlıq edib ki, ərəb ölkələrinin, xüsusən də Yəmənin daxili işlərinə müdaxilə milli maraqlara zərər verə bilər.

Yəmənin daxili işlər naziri İbrahim Əli Əhməd Heydan “Hizbullah”ın husilərlə əlaqədə olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: