Son bir həftə ərzində Pakistan həbsxanalarından azad edilən 416 əfqan məhbus vətəninə qayıdıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, azad edilən şəxslər ölkəyə şərqi Nangarhar əyalətində yerləşən Torxam sərhəd-keçid məntəqəsindən daxil olublar. Sərhəddə ilkin yardım göstərildikdən sonra onlar öz əyalətlərinə göndəriliblər.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2026-cı ilin əvvəlindən indiyədək 1,3 milyondan çox əfqan İran və Pakistandan öz vətəninə qayıdıb.
