Banqladeşdə aşağı əməkhaqqına etiraz əlaməti olaraq yüzlərlə fabrik bağlanıb

A- A A+

Banqladeşdə əməkhaqqının artırılmasını tələb edən tikiş sənayesi işçilərinin etirazları davam edir.

NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, oktyabrın 31-də başlayan tətillər noyabrın 5-də yenidən Dəkkənin kənarındakı Aşuliya sənaye zonasını əhatə edib.

Qeyd olunub ki, ölkənin Əməkhaqqı Şurası ötən ilin dekabrından əməkhaqqı sisteminə yenidən baxılması barədə qərar qəbul etsə də, artımın məbləği hələ də müəyyən edilməyib.

İşçilər əməkhaqqının artırılması ilə bağlı konkret qərarlar tələb edərək əsas avtomobil yolunu bağlayıblar. Yerli polisin məlumatına görə, ərazidə 100-dən çox fabrik fəaliyyətini dayandırıb, bəzi yerlərdə isə etirazlar nümayişçilərlə toqquşmalara çevrilib.

Sonrakı toqquşmaların qarşısını almaq üçün hakimiyyət orqanları əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edib.

Etirazlar artıq yüzlərlə müəssisənin bağlanmasına səbəb olub, istehsal proseslərini pozub və ixrac tədarükü müddətlərini təhlükə altına qoyub.

İşçilər minimum aylıq əməkhaqqının iki dəfədən çox artırılmasını tələb edirlər. Onlar bunu ərzaq, mənzil və nəqliyyat qiymətlərinin artması ilə izah edirlər.

Banqladeş Çindən sonra dünyada ikinci ən böyük geyim ixracatçısıdır. Bu sahədə təxminən 4 milyon insan çalışır və onun payı ölkənin ixrac gəlirlərinin 80 %-dən çoxunu təşkil edir. İri sifarişçilər arasında H&M, "Inditex" və "Walmart" var. İstehsalçılar xəbərdarlıq edirlər ki, iğtişaşların davam etməsi ixrac sifarişlərinin pik mövsümündə tədarük qrafiklərini poza bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: