Rusiya ilə İran arasında regionun mühüm məsələləri ətrafında müzakirələr aparılıb və İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneinin məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb.
NUHÇIXAN IRIB-yə istinadən xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və bu ölkənin Prezidenti Vladimir Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.
"Regionun mühüm məsələləri barədə Putinlə məsləhətləşmələr aparılıb. Ali Rəhbər onun mesajını ən qısa zamanda Putinə təqdim etməyimi istəyirdi. Rusiya Prezidenti isti və səmimi salamlarını Ali Rəhbərə çatdırıb", - Rezai açıqlayıb.
Onun sözlərinə görə, Putinlə müharibədən sonrakı dövr və regionun təhlükəsizlik tənzimləmələri ilə əlaqədar məsələlər müzakirə edilib.
M. Xameneinin V. Putinə ünvanladığı məktubun təffərrüatı barədə isə məlumat verilməyib.
