Qətər ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar aparır

A- A A+

Qətərin dövlətə məxsus “QatarEnergy” şirkəti ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün uzunmüddətli müqavilələr bağlamaq barədə danışıqlar aparır.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, şirkət qarşıdakı aylarda ildə 3-6 milyon ton LNG tədarükünü nəzərdə tutan müqavilələr imzalamağı planlaşdırır.

Qeyd edək ki, oktyabr ayında Avstraliyanın “Woodside Energy” şirkəti ABŞ-nin Luiziana ştatında tikilən LNG zavodundan Qətərə 20 il ərzində ildə 3 milyon ton qaz tədarük etmək barədə razılığa gəlib.

Qətər ABŞ və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ölkənin hazırkı LNG istehsal gücü ildə 77 milyon ton təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: