Britaniya Kralının qardaşı Endryu kirayədən ayda 2 min funt sterlinqdən çox gəlir əldə edib

A- A A+

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun “Royal Lodge” iqamətgahının ərazisində yerləşən kottecləri kirayəyə verərək ayda 2 min funt sterlinqdən çox gəlir əldə etdiyi məlum olub.

NUHÇIXAN  “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Britaniya parlamentinin Dövlət Hesabları Komitəsinin dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, keçmiş York hersoqu 22 il ərzində yaşadığı iqamətgahın ərazisindəki koteclərdən birini kral ailəsi üçün çalışan kirayəçiyə bazar qiymətindən aşağı məbləğə icarəyə verib.

2021-ci ilin sonlarından etibarən bir ildən az davam edən müddət ərzində Endryu ümumilikdə üç koteci kirayəyə verib. Bu əmlaklardan əldə olunan aylıq gəlir təmir və digər xərclər çıxılmadan 2 min funt sterlinqdən bir qədər çox olub. Hesabatda qeyd edilir ki, kirayə haqları kirayəçilərin əməkhaqqının müəyyən faizi əsasında hesablanıb və bazar qiymətlərindən aşağı olub. Eyni zamanda, Endryu iqamətgahın icarəsi üçün yalnız simvolik məbləğ ödəyib.

Qeyd edək ki, Endryu Mauntbatten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqaldan sonra 22 il yaşadığı “Royal Lodge” iqamətgahını tərk etməyə məcbur olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: