Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər

A- A A+

Avropada sərnişin təyyarələrinə bomba qoyulması ilə bağlı yalan məlumatlar yayan şəxslər təhdidlərini davam etdirəcəklərini bildiriblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bir sıra Avropa media qurumlarına göndərilən məktubda təyyarələrlə yanaşı, kruiz gəmilərinin, metro stansiyalarının və qatarların da hədəf alınacağı bildirilib.

Bu həftə yayılan bomba təhdidləri Avropada çoxsaylı aviareyslərin gecikməsinə və ləğvinə səbəb olub. Lakin yoxlamalar zamanı təyyarələrdə heç bir partlayıcı qurğu aşkarlanmayıb.

Bundan əlavə, noyabrın 7-də İrlandiyanın bir sıra media qurumları da bomba təhdidləri alıb.

Qeyd edək ki, noyabrın əvvəlində Belçika, Lüksemburq, Niderland, İsveç, Estoniya və Finlandiyada mağaza və ərzaq anbarlarının soyuducu sistemlərinə qarşı kiberhücumlar barədə məlumat yayılmışdı.

Avropa rəsmiləri bu hadisələrin əlaqələndirilmiş hücumlar olub-olmadığını araşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: