Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb

A- A A+

Polşanın Krakov şəhərinin mərkəzi bazar meydanında baş verən silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə yüksəlib, 10-dan çox insan yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Malopolska vilayətinin polisi yerli mediaya məlumat verib.

Polisin açıqlamasında bildirilir ki, hücum edən şəxs polis əməkdaşlarının açdığı atəş nəticəsində yaralanıb və hazırda xəstəxanaya aparılır.

Hadisə yerində təcili yardım və digər operativ xidmətlərin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: