Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.

NUHÇIXAN xəbər verir ki, Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə səfərbərliyinin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir və Türkiyə Azərbaycan tərəfinə hər cür dəstək göstərir.

Ərdoğan, həmçinin Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: