Böyük Brtaniyanın telekommunikasiya şirkəti BT, Ukraynada peyk rabitəsinin işindəki son kəsintilərə ilə bağlı ictimai reaksiyanın səngiməsini gözləyərək, İlon Maskın "Starlink" şirkəti ilə tərəfdaşlıq xidmətlərini hələ ki işə salmaq niyyətində deyil.
NUHÇIXAN "Financial Times"a istinadən xəbər verir ki, bunu BT-nin baş direktoru Ellison Kirkbi bildirib.
Onun sözlərinə görə, xidmət texniki olaraq işə salınmağa hazırdır, lakin şirkət son hadisələri nəzərə alaraq "Starlink" ilə tərəfdaşlıq ilə əlaqədar ola biləcək reaksiyanı ehtiyatla qiymətləndirir:
"Biz onu yalnız İlon Mask və "Starlink" ətrafındakı səs-küyün Ukrayna qalmaqalından sonra bir qədər səngidiyini hiss etdiyimiz zaman öz təşəbbüsümüzlə işə salacağıq".
