Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

A- A A+

Şimali Koreya Yapon dənizində yeni yüksək sürətli torpedo silah sisteminin sınaqlarını keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sınaq noyabrın 9-da ölkənin müdafiə sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının birgə hazırladığı yeni torpedo sisteminin döyüş effektivliyini yoxlamaq məqsədilə keçirilib.

Bildirilib ki, sınaq sistemin döyüş qabiliyyətini təsdiqləyib. Yeni torpedo silahının 2027-ci ilin əvvəlindən Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil edilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: