ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

A- A A+

ABŞ Senatı Prezident Donald Trampın icra və məhkəmə hakimiyyətində müxtəlif vəzifələrə irəli sürdüyü 161 namizədin təyinatını hələ də təsdiqləməyib. Onların arasında 25 federal hakim də var.

NUHÇIXAN xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp 161 namizədin, o cümlədən 25 federal hakimin Senat tərəfindən təsdiqlənməsinin vacibliyini vurğulayıb.

ABŞ-də prezident administrasiyada və federal məhkəmələrdə müxtəlif vəzifələrə namizədləri Senata təqdim edir. Namizədlər əvvəlcə müvafiq komitələrdə dinlənilir, daha sonra onların təyinatı ilə bağlı Senatda səsvermə keçirilir.

Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratlar qalib gəliblər. Növbəti, 120-ci Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Yeni tərkibdə demokratların hər iki palatada çoxluq əldə etməsi Trampın namizədlərinin təsdiqlənməsini çətinləşdirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: