Amerikanın “Nvidia” şirkətinin baş direktoru Jensen Huang casusluq işi ilə bağlı yayılan məlumatlar fonunda bir gündə təxminən 7,4 milyard dollar itirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, biznesmenin sərvəti 154,7 milyard dollara düşüb. Bununla da o, “Forbes”in milyarderlər siyahısında 8-ci yerdən 10-cu yerə geriləyib. Həmin müddətdə “Nvidia”nın səhmləri 5 faiz ucuzlaşıb.
Nəşrin məlumatına əsasən, şirkətin direktorlar şurası Çinə casusluqda ittiham olunan qadınla Huang arasındakı münasibətlərlə bağlı araşdırmaya başlayıb. Şirkət rəhbəri şübhəli şəxslə romantik münasibətdə olduğunu etiraf edərək məsuliyyəti üzərinə götürdüyünü və istintaqla əməkdaşlıq edəcəyini bildirib.
Çin Xarici İşlər Nazirliyi isə həmin qadının Çin kəşfiyyatı ilə əlaqəsi barədə iddiaları böhtan adlandırıb.
