Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

A- A A+

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN-ın məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada Niva” markalı avtomobil dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda vəfat edib.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: