Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib

A- A A+

Fransa Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsi (DGA) yeni nəsil hərbi müşahidə peyklərinin hazırlanmasını “Airbus Defence and Space” və “Thales Alenia Space” şirkətlərinə həvalə edib. Dəyəri 1,5 milyard avrodan artıq olan müqavilə çərçivəsində hazırlanacaq iki IRIS peyki 2035-ci ilədək mövcud üç CSO peykini əvəz edəcək.

NUHÇIXAN xəbər verir ki, Fransa Silahlı Qüvvələr Nazirliyinin yaydığı məlumata görə, IRIS (kosmik kəşfiyyat və təsvir sistemləri) proqramı çərçivəsində yaradılacaq peyklər ölkənin kosmosdan optik kəşfiyyat imkanlarını gücləndirəcək.

Hazırda istifadə olunan üç CSO peyki 2018, 2020 və 2025-ci illərdə orbitə buraxılıb. Yeni IRIS sistemi isə Fransaya kosmosdan görüntü əsaslı kəşfiyyat məlumatları əldə etmək imkanını qoruyub saxlamaqla yanaşı, görüntülərin keyfiyyətini və onların əldə olunma sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır.

Fransa Hərbi Hava və Kosmik Qüvvələrinin Kosmik Komandanlığı tərəfindən idarə olunacaq sistem gecə və gündüz, həm görünən işıq, həm də infraqırmızı spektrdə müşahidələr aparmağa imkan verəcək. Peyklər Yer kürəsinin istənilən nöqtəsini son dərəcə yüksək dəqiqliklə görüntüləyə biləcək, həmçinin kosmik obyektləri müşahidə edərək, kosmosdakı mümkün təhdidləri müəyyənləşdirəcək.

Almaniya, Belçika, İspaniya, İtaliya və Yunanıstan da daxil olmaqla, Fransanın səkkiz Avropa tərəfdaşının iştirakına açıq olan proqram çərçivəsində ilk peykin 2033-cü ildə istismara verilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: