Ukrayna Rusiya ilə atəşkəs təkliflərini tərəfdaşlarına çatdırıb və hazırda qarşı tərəfdən cavab gözləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Ukrayna həm Qara dənizdə, həm də enerji sektorunda atəşkəsin əldə edilməsini təklif edib.
“Biz onları tərəfdaşlarımıza çatdırmışıq və hazırda ruslardan cavab gözləyirik", - deyə Sibiqa əlavə edib.
Nazir izah edib ki, Əbu-Dabidə keçirilən danışıqlarda Ukraynanın mesajı gərginliyin azaldılması və Ukrayna tərəfindən təklif edilən atəşkəs, eləcə də təhlükəsizlik zəmanətlərindən ibarətdir.
Sibiqanın sözlərinə görə, digər məqam isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşdür. Bu, müharibənin sonunu həqiqətən sürətləndirə bilər.
Xatırladaq ki, bu gün Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar uzun fasilədən sonra bərpa olunub. Əbu-Dabidə keçirilən danışıqların birinci mərhələsi artıq başa çatıb. Noyabrın 11-də danışıqlar davam etdiriləcək.
