Hindistanda sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

A- A A+

Hindistanın şərqindəki Assam ştatında sərnişin qatarının lokomotivi və altı vaqonu relsdən çıxıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə PTI agentliyi yerli hökumət rəsmisinə istinadla məlumat yayıb.

Hadisə noyabrın 11-də səhər saatlarında Kamrup rayonunda, Dhiqaru dəmir yolu stansiyasının yaxınlığında Sairang-Kolkata marşrutu üzrə hərəkət edən qatarda baş verib.

İlkin məlumatlara görə, sərnişinlərin xəsarət alması barədə məlumatlar var, lakin onların dəqiq sayı və qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə yerində xilasetmə və bərpa işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: