Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

A- A A+

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Sonnam şəhərində nəqliyyatın hərəkətinin intensiv olduğu səhər vaxtı sərnişin avtobusu işıqforda dayanan 32 nəqliyyat vasitəsinə çırpılıb.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, avtobusun sürücüsü idarəetməni itirərək əvvəlcə yol kənarındakı baryerə, sonra isə qırmızı işığa görə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb. Zərər görən nəqliyyat vasitələri arasında digər 4 digər avtobus, yük maşını və 27 fərdi avtomobil olub. Qəza nəticəsində 57 nəfər bədən xəsarəti alıb. Onlardan 9 nəfərinin zədəsi ciddidir.

Yanğınsöndürmə xidməti hadisə yerinə 88 əməkdaş və 33 nəqliyyat vasitəsi göndərib. Qəza yaşayış kompleksinin yaxınlığındakı yol qovşağında ciddi tıxaca səbəb olub.

Xəstəxanaya yerləşdirilən avtobus sürücüsünün polisə verdiyi ilkin ifadəsində qəzanın avtobusun əyləc sistemindəki nasazlıqdan qaynaqlandığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: