Yaponiya silahlı qüvvələrinin rəsmi sayını azaltmağı planlaşdırır

A- A A+

Yaponiya hökuməti şəxsi heyət çatışmazlığı səbəbindən silahlı qüvvələrinin qanunla müəyyən edilmiş sayını azaltmağı planlaşdırır.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Məsələnin dekabr ayında təsdiqlənməsi gözlənilən milli təhlükəsizlik sənədlərində əks olunacağı bildirilir.

Hazırda Yaponiya Silahlı Qüvvələrinin ştat sayı 247 min nəfərdən çoxdur. Lakin doğum səviyyəsinin aşağı olması və hərbi xidmətə könüllülərin cəlb edilməsində çətinliklər səbəbindən faktiki şəxsi heyət normanın 88 faizini təşkil edir. Əsgər çatışmazlığı isə daha ciddi səviyyədədir.

Nəşrin məlumatına görə, islahatlar çərçivəsində bəzi hərbi obyektlərin birləşdirilməsi və süni intellekt əsaslı pilotsuz sistemlərin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Ştat ixtisarlarının əsasən qərargah və dəstək bölmələrini əhatə edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: