Yaponiyada 2025-ci il parlament seçkiləri konstitusiyaya zidd hesab edilib

A- A A+

Yaponiya Ali Məhkəməsi 2025-ci ildə parlamentin yuxarı palatasına keçirilən seçkilərin konstitusiyaya zidd şərtlər altında baş tutduğuna qərar verib.

NUHÇIXAN  Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, buna səbəb Yaponiyanın müxtəlif bölgələrində seçicilərin səslərinin bərabər təmsil olunmamasıdır. Belə ki, əhalinin sıx məskunlaşdığı Kanaqava prefekturasında bir seçicinin səsvermədə təsir gücü Fukui prefekturasındakı seçici ilə müqayisədə 3,13 dəfə az olub.

Məhkəmə bu fərqin aradan qaldırılması istiqamətində görülən tədbirləri yetərsiz hesab edib. Bununla belə, seçkilərin nəticələri ləğv edilməyib.

Qeyd edək ki, Yaponiyada 2016, 2019 və 2022-ci illərdə keçirilən seçkilərdən sonra da seçki dairələri arasında bu fərqin azaldılması üçün dəyişikliklər aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: