Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müharibənin tənzimlənməsinə dair Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram”dakı paylaşımında bildirib.
Ukraynanın yerli KİV-lərinin yaydığı məlumata görə, bugünkü görüşdə əsas müzakirə mövzusu ərazi məsələsi olacaq.
“Biz Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar formatında müzakirələr aparırıq. Gündəlikdə hərbi əməliyyatlara son qoymaq və sülhü yaxınlaşdırmaq kimi əsas məsələlər var", - deyə Umerov əlavə edib.
O qeyd edib ki, nümayəndə heyəti Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun olaraq çalışır.
Xatırladaq ki, üçtərəfli danışıqların ilk mərhələsi noyabrın 10-da keçirilmişdi.
Bundan əvvəl Ukrayna nümayəndə heyəti ilk görüşünü Əbu-Dabidə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçirib.
