Harri Keyn İngiltərə millisində Piter Şiltonun rekordunu qırmağa yaxındır

A- A A+

İngiltərə yığmasının hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının Xorvatiya ilə qarşılaşmasında komandanın heyətində 126-cı oyununa çıxacağı təqdirdə, millinin tarixində ən çox matç keçirən futbolçu olacaq.

NUHÇIXAN xəbər verir ki, b eləliklə, 32 yaşlı forvard bu göstəricidə uzun illər rekordun sahibi olmuş qapıçı Piter Şiltonu (125 oyun) geridə qoyacaq.

Keynin Xorvatiya ilə noyabrın 12-də keçiriləcək görüşdə start heyətində meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Harri Keyn İngiltərə millisinin heyətində indiyədək 125 oyun keçirib və 91 qol vurub. 77 yaşlı Piter Şilton isə peşəkar futbolçu karyerasını 1966-1997-ci illərdə davam etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: