Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

A- A A+

Rusiyanın “Alrosa” almaz hasilatı şirkəti çəkisi 2,74 karat olan nadir mavi almazın gələcək taleyi ilə bağlı qərarı onun cilalanması başa çatdıqdan sonra verəcək.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Alrosa Diamond Exclusive” şirkətinin baş gemoloqu Natalya Kruqlova bildirib.

Onun sözlərinə görə, hazırda unikal daşın cilalanması və ona müvafiq forma verilməsi prosesi davam edir. Şirkət əvvəlcə almazın xam kristal şəklində satılması, yaxud cilalanaraq brilyanta çevrilməsi variantlarını nəzərdən keçirib. Nəticədə ikinci varianta üstünlük verilib.

Natalya Kruqlova bildirib ki, daşın hərraca çıxarılıb-çıxarılmayacağı barədə qərar hələ qəbul edilməyib.

Moskva Dövlət Universitetinin Gemologiya Mərkəzinin rəhbəri Yuri Şelementyev daha əvvəl TASS-a açıqlamasında bildirib ki, Yakutiyada hasil edilmiş unikal almazın cilalanmasından sonra əldə olunacaq mavi brilyantın bir karatının dəyəri 1 milyon dolları ötə bilər.

Onun sözlərinə görə, daşın yekun qiyməti cilalanmadan sonra çəkisinin nə qədər olacağından və rənginin intensivliyindən asılı olacaq.

Qeyd edək ki, “Alrosa” şirkəti daha əvvəl Rusiyada ilk dəfə zərgərlik keyfiyyətinə malik mavi almaz hasil edildiyini açıqlayıb. Çəkisi 2,74 karat olan nadir kristal Yakutiyada yerləşən Nakyin kimberlit yatağında əldə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: