“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

A- A A+

ABŞ-nin süni intellekt şirkəti “Anthropic” xidmətlərindən istifadəyə dair məhdudiyyətləri genişləndirərək Rusiya və Çin də daxil olmaqla bir sıra ölkələrdə fiziki və hüquqi şəxslərin məhsullarından istifadəsini faktiki olaraq qadağan edib.

NUHÇIXAN  xəbər verir ki, şirkətin rəsmi saytında yayılan məlumata görə, “Claude.ai”, “Claude Code” və “Cowork” tətbiqləri, API interfeysi, tərtibatçılar üçün platforma, eləcə də bulud xidmətləri və rəsmi distribütorlar vasitəsilə təqdim olunan “Claude” modelləri yalnız şirkətin müəyyən etdiyi ölkə və regionlarda əlçatandır.

Bildirilib ki, dəstəklənən ölkə və regionların siyahısına daxil edilməyən ərazilərdə şirkətin xidmətlərindən istifadə mümkün deyil.

Siyahıda Rusiya və Çinlə yanaşı, Belarus, Venesuela, İran, Şimali Koreya, Kuba və Suriya da yer almayıb. Şirkət, həmçinin Krım, Donbas, Xerson və Zaporojye vilayətlərində xidmət göstərmədiyini ayrıca qeyd edib.

Məhdudiyyətlər xidmətlərin təqdim edilmədiyi ərazilərdə fiziki olaraq bütün istifadəçilərə, o cümlədən “Anthropic” tərəfindən ümumi fəaliyyəti dəstəklənən təşkilatların əməkdaşlarına şamil edilir.

Bundan əlavə, şirkətin xidmət göstərmədiyi ölkələrdə yerləşən müəssisələrin bu texnologiyalardan istifadəsinə, eləcə də səhmlərinin nəzarət paketi birbaşa və ya dolayı yolla həmin regionlarda yaşayan fiziki və ya hüquqi şəxslərə məxsus olan şirkətlərin məhsullara çıxışına məhdudiyyət qoyulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: