Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir

A- A A+

ABŞ Futbol Federasiyası Pep Qvardiolanı milli komandanın baş məşqçi vəzifəsinə gətirməyi nəzərdən keçirir.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”ə keçəcəyi təqdirdə, ABŞ Futbol Federasiyası onun əvəzləyicisi kimi Pep Qvardiolanı komandaya cəlb etməyə çalışacaq. İspaniyalı mütəxəssisin namizədliyi federasiyanın daxili müzakirələrində də gündəmə gəlib.

Xatırladaq ki, Qvardiola 2024-cü ildə ABŞ millisinin baş məşqçisi vəzifəsinə Maurisio Poçettinonun təyin olunmasından sonra bu ölkədə futbolun inkişaf potensialının yüksək olduğunu və milli komanda ilə uzunmüddətli layihə qurmağın maraqlı olacağını bildirmişdi. Bununla belə, təcrübəli çalışdırıcının razılığını almaq asan olmayacaq. Qvardiola yaxın vaxtlarda məşqçiliyə qayıtmaq niyyətində olmadığını nümayiş etdirib. O, daha əvvəl İtaliya millisinin baş məşqçi postundan gələn təklifi də qəbul etməyib.

Qeyd edək ki, Pep Qvardiola məşqçilik karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti” komandalarına rəhbərlik edib. O, üç dəfə UEFA Çempionlar Liqasının, altı dəfə İngiltərə Premyer Liqasının, üç dəfə İspaniya La Liqasının və üç dəfə Almaniya Bundesliqasının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: