Fransanın Trappes şəhərində törədilmiş irqçi terror aktının əsas şübhəlisi Kevin Tessyenin evində aparılan axtarış zamanı sol və ifrat sol düşərgədən olan dörd siyasi və ictimai xadimin adlarının yer aldığı siyahı aşkarlanıb.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, şübhəlinin «Fransa düşmənləri» adlandırdığı şəxslər arasında siyasətçilər David Jiro, Sandrin Ruso, Aymerik Karon və irqçilik əleyhinə fəal Assa Traorenin adı da var.
“Franceinfo”nun məlumatına görə, siyahıda adları olan şəxslər təhlükə barədə rəsmi qurumlar tərəfindən deyil, mətbuat vasitəsilə xəbər tutmalarına etiraz ediblər.
Assa Traore şikayət edəcəyini açıqlayaraq, Fransada irqçiliyə və nifrətə qarşı qəti mübarizə aparılmasına çağırıb. Deputat Aymeric Karon isə ifrat sağçı çevrələrdən mütəmadi təhdidlər aldığını bildirərək, təhlükənin dövlət qurumları tərəfindən bunun lazımi səviyyədə qiymətləndirilmədiyini vurğulayıb.
Dindirilmə zamanı Kevin Tessye siyahının “nə vaxtsa lazım ola biləcəyini” desə də, hələlik hər hansı konkret əməliyyat planlaşdırmadığını bildirib.
