Trappesdə irqçi terror aktının şübhəlisi: Qurbanları etnik mənsubiyyətinə və dininə görə seçmişəm

A- A A+

Fransanın Yvelin departamentində, Trappes və La Verrière şəhərlərində oktyabrın 23-də törədilmiş irqçi hücumun şübhəlisi Kevin Tessye qurbanlarını etnik mənsubiyyətinə və dini etiqadına görə seçdiyini etiraf edib.

NUHÇIXAN xəbər verir ki, BFMTV və RMC-nin əldə etdiyi dindirmə materiallarına görə, 39 yaşlı şübhəli hücumunun irqçi xarakter daşıdığını istintaqçılar qarşısında açıq şəkildə təsdiqləyib.

İstintaqın məlumatına görə, o, hücum zamanı 128 dəfə atəş açıb. Hadisə nəticəsində 26 yaşlı Pengo Bossio Uangi həlak olub, 12 yaşlı qız da daxil olmaqla yeddi nəfər yaralanıb.

Oktyabrın 27-də, üç günlük saxlanılmadan sonra aparılan dindirmə zamanı Tessye qurbanlarını müsəlman və ya afrikalı olduqlarına görə seçdiyini bildirib. O, həmçinin Fransanın islamçılar və afrikalılar tərəfindən “müstəmləkəyə çevrildiyini” iddia edərək, ifrat sağçı ideologiyanın təsiri altında olan fikirlər səsləndirib.

İstintaqçılar onun evində Milli Birlik (RN) partiyasının loqosu və “Yaşasın Fransa”, “100 faiz fransız” yazıları olan təxminən 30 stiker də aşkar ediblər. Bununla belə, onun hər hansı siyasi təşkilat və ya ifrat sağçı qruplaşma ilə əlaqəsi hələlik müəyyən edilməyib.

Tessye hücum planı barədə illərdir düşündüyünü, onu əvvəlcə 2027-ci ilin sentyabrında həyata keçirməyi nəzərdə tutduğunu bildirib. Hücumda istifadə etdiyi “Sten” tipli avtomatı bir neçə ay əvvəl əldə etdiyini, hadisədən iki gün əvvəl isə kompüterini satdığını etiraf edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: