Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Antalyada COP31 iqlim sammitində iştirak edən iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb.
NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Kommunikasiya direktoru Burhanəddin Duran, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç və digər rəsmilər görüşdə iştirak ediblər.
Rəsmi məlumata görə, Ərdoğan və Pezeşkian görüş zamanı Türkiyə-İran münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan İranla ABŞ arasındakı münaqişənin tez bir zamanda sona çatmasına və davamlı sülhün bərqərar olmasına ümid etdiyini bildirib, həmçinin sabitlik dövrünün başlaması üçün barışıq zəmininin möhkəmləndirilməsinin və diplomatiyaya şans verilməsinin vacib olduğunu vurğulayıb. O, gecikmədən danışıqlar masası qurulmasının vacibliyini qeyd edib və Türkiyənin bölgədəki qardaş ölkələr ilə sülh quruculuğu səylərini dəstəkləməyə davam edəcəyini deyib.
