Məsud Pezeşkian: ABŞ-nin İrana hücumu 1,5 milyon ton karbon qazı emissiyasına səbəb olub

A- A A+

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrandakı yanacaq müəssisələrinə hücumlarının atmosferə 1,5 milyon ton karbon qazı buraxdığını və ətraf mühitə böyük ziyan vurduğunu bildirib.

NUHÇIXAN  Türkiyə mediasına istinadla xəbər verir ki, Pezeşkian Antalyada keçirilən BMT-nin COP31 iqlim sammitindəki çıxışında Əsəluyədəki yanacaq müəssisələrinə edilən hücumlar nəticəsində atmosferə 500 min ton karbon qazı buraxıldığını bildirib. O əlavə edib ki, Tehran yaxınlığındakı yanacaq çənlərinə edilən hücumlar daha 1 milyon ton karbon qazı emissiyasına səbəb olub.

İran Prezidenti Vaşinqtonu fevralın 28-də başlayan hərbi hücum zamanı ətraf mühitə ciddi ziyan vurmaqda ittiham edib. O, hücumların istixana qazı tullantılarının azaldılması üzrə beynəlxalq səylərlə infrastrukturu məhv edən, geniş yayılmış yanğınlara səbəb olan və atmosferə çirkləndirici maddələr buraxan hərbi əməliyyatlar arasındakı ziddiyyəti vurğuladığını bildirib.

Pezeşkian, həmçinin İranın qorunan ərazilərinə və ətraf mühitin mühafizəsi məntəqələrinə edilən hücumların təbii sərvətlərə də ziyan vurduğunu, gələcək nəsilləri təhdid etdiyini deyib. Beynəlxalq məsuliyyətə çağıran Prezident təşkilatları ABŞ-nin hərbi əməliyyatları nəticəsində yaranan ətraf mühitə dəyən ziyanı sənədləşdirməyə və kompensasiya mexanizmləri yaratmağa çağırıb.

O, həmçinin İranın bərpaolunan enerji sahəsindəki inkişafını vurğulayaraq, son iki ildə quraşdırılmış gücün 1250 meqavatdan 6150 meqavata qədər artdığını bildirib.

Pezeşkianın sözlərinə görə, İran 2026-cı ildə 4,5 milyard kilovat-saatdan çox təmiz elektrik enerjisi istehsal edərək 2,5 milyon ton karbon qazı tullantılarının qarşısını alıb.

O, sülhün və ətraf mühitin qorunmasının ayrılmaz olduğunu vurğulayıb. İran Prezidenti planetin qorunması üçün davamlı sülhün vacib olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: